21 Noyabr 2018
Canlı efirdə dava: aparıcı eksperti döydü - VİDEO
VİDEO 21:57 / 22.02.2018

Rusiyanın NTV telekanalında canlı yayımlanan "Mesto vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava olub.

Unikal.org-un xəbərinə görə, insident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb. Davaya bir neçə şəxsin də qoşulduğu bildirilir.