SON XƏBƏRLƏR
26 Aprel 2018
25 Aprel 2018
“Rabitəbank” nizamnamə kapitalını artırıb
İQTİSADİYYAT 12:11 / 23.02.2018
"Rabitəbank” ASC nizamnamə kapitalını 12,8 mln. manat və yaxud 14,5% artıraraq 101,3 mln. manata çatdırıb.

Bu barədə unikal.org Banka istinadən xəbər verir.

Məlumata görə, kapital artımı "Rabitəbank”ın mövcud səhmdarlarının hesabına həyata keçirilib. Son nəticədə Bankın məcmu kapitalı da 12,8 mln. manat və yaxud 13,95% artaraq 104,6 mln. manata çatıb.

Xatırladaq ki, "Rabitəbank” 1993-cü ildə yaradılıb. Bankın səhmdarları Rauf Zeynal oğlu Əliyevə ("Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), Validə Maarif qızı Abasova, Zakir Əlibala oğlu Nuriyev (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslərdir.