Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Atalanta - "Borussiya oyununda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayi xoşagəlməz halla üzləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, matçın gedişində italyan azarkeşlər belçikalı forvardın ünvanına irqçi şüarlar səsləndiriblər. Bu barədə futbolçu sosial mediadakı şəxsi hesabında məlumat verib. O, "2018-ci ildi və hələ də, tribunalarda irqçi meymun səsləri var... Doğrudan? yazıb.

Oyundan sonra "Atalantanın prezidenti Antonio Perkassi azarkeşlərinin hərəkətinə görə üzr istəyib:

"Düzünü deyim, səsləri eşitməmişəm. Doğrudusa, təəssüf edirəm. Batşuayidən üzr istəyirəm. Bu əsla olmamalıydı.

Xatırladaq ki, ilk oyunda 3:2 hesabıyla qələbə qazanan "Borussiya, Berqamodakı heç-heçədən sonra 1/8 finala adlayıb.