SON XƏBƏRLƏR
17 Avqust 2018
16 Avqust 2018
"Toppuş bacı" yenidən əməliyyat olundu
MƏDƏNİYYƏT-ŞOU 15:26 / 23.02.2018
Əməkdar artist Tünzalə Əliyeva yenidən mədəkiçiltmə əməliyyatı etdirib.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "5/5" verilişində deyib. O bildirib ki, əməliyyatdan sonra yenidən çəki atmağa başlayıb:

"Bilirsiniz ki, bir dəfə mədəkiçiltmə əməliyyatı etdirdim, amma uğursuz alındı. Əməliyyat 3-4 il əvvəl olub. Məşhur türk həkimi idi. Nəticədə çəki ata bilmədim. Yenidən bu əməliyyatı etdirmək qərarına gəldim. İki-üç gün əvvəl xəstəxanadan çıxmışam. İndi mədəmin uzunluğu və eni kiçik barmağım qədərdir. Bir həftə ərzində 7 kiloqram çəki atmışam. Əslində pəhriz saxlamaq lazımdır. Amma mənim iradəm buna çatmadı. Həkimim deyib ki, 65 kiloqrama qədər arıqlayacaqsan.

Bahalı əməliyyatdır. Amma məni pulsuz etdilər. Bundan sonra yenidən əməliyyat etdirəcəm. Ümumilikdə, 9 dəfə əməliyyat olunmuşam.

Köklükdə ürək piylənir, xəstəlikdir. Mən övladımı böyütmək istəyirəm”.