SON XƏBƏRLƏR
24 Aprel 2018
23 Aprel 2018
Məşhur müğənni əməliyyat olundu
MƏDƏNİYYƏT-ŞOU 16:06 / 23.02.2018
Bir müddət öncəı həbsdən çıxan Türkiyənin məşhur müğənnisi Deniz Seki bıçaq altına uzanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni mədə kiçiltmə əməliyyatı olunub. O arıqlamaq üçün mədəsini kiçildib. Əməliyyatdan sonra açıqlama verən həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər. 

Xəbərdə bildirilir ki, o, aylar öncə də buna cəhd edib. Ancaq kilosu az olduğuna görə, həkimlər onu əməliyyata almayıb. Bunu görən Deniz mədəkiçiltmə əməliyyatı üçün 90 kiloqramadək çəki almağa məcbur qalıb. Müğənni, nəhayət dünən bıçaq altına yatıb.

Xatırladaq ki, 47 yaşlı D.Seki narkotik maddələrin istifadəsi və dövriyyəsinə görə 3 ilə yaxın həbs həyatı yaşayıb.