Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Sabahdan qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişikliyə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.