Prezident İlham Əliyev Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Bu sərəncamdan irəli gələn digər məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.