İspaniya polisi "Mançester Sitinin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.

Unikal.org-un məlumatına görə, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.

Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.