"WhatsAppda yeni virus yayılıb.

Unikal.org xəbər verir ki, virus istifadəçilərə mesaj şəkilində göndərilir.

Belə ki, ismarıcda guya Azərbaycan Respublikası Milli Məsclisində alınan son qərara əsasən vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması üçün ailələrə müavinət veriləcəyi bildirilir.

Qeydiyyatdan keçmək üçün ismarıcda qeyd olunan linkə daxil olmaq tələb olunur. Belə olan halda isə "WhatsApp istifadəçisinin hesabı ələ keçirilir.