Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub.

Unikal.org-un "Reporta  istinadə məlumatına görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən Pakizə Mirzəyeva Tovuz rayon Poliklinikasında uşaq həkimi işləyib. O, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır.

Qeyd edək ki, R.Mirzəyevin oğlu Anar Mirzəyev isə fevralın 15-də Sabirabad rayonu ərazisində avtomobil qəzasına düşərək ölüb.


*** 11:45

Tovuzda faciə:  AFFA-nın keçmiş prezidentinin bacısı və yeznəsi evdə diri-diri yandı

Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki,yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.

Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.


*** 11:11 

Tovuz rayonunun mərkəzində yerləşən Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsindəki fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un məlumatına görə, yanğın zamanı iki nəfər ölüb. 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı və digər otaqda divan qismən yanıb. Dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Olay yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

Hadisə nəticəsində yanaraq dünyasını dəyişmiş ailənin övladı da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.