Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb.

Unikal.org-un məlumatına görə, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Publika.az-a bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: "Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".

P.Hüseyn bildirib ki, 26 fevral günü Xocalı soyqırımına həsr olunan "Ana harayı abidəsi istiqamətində yürüş keçiriləcək:

"Yürüş səhər saat 10-da "AMAY" Ticarət Mərkəzi istiqamətindən başlayacaq Yusif Səfərov küçəsi istiqamətində davam etdiriləcək.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, fevralın 26-da şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə nməhdudlaşdırılacaq: "Bu il də Xocalı soyqrımına həsr olunan yürüşə şərait yaratmaq məqsədilə, Xətai rayonu Nəcəfqulu Nəbiyev, Afiyəddin Cəlilov, Yusif Səfərov, Fəzail Bayramov küçələri istiqamətində yollarda avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən bunu nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edirik"

Xatırladaq ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Ana harayı abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.