SON XƏBƏRLƏR
18 Iyun 2018
17 Iyun 2018
İrandan Azərbaycana narkotik vasitə keçirilmək istədi qarşısı alındı
HADİSƏ 14:35 / 24.02.2018
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən xəbərə görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.