SON XƏBƏRLƏR
23 Aprel 2018
22 Aprel 2018
Namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 15-ə çatdı - MSK
SİYASƏT 16:27 / 24.02.2018
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Unikal.org xəbər verir ki, iclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib. Daha sonra Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Bundan əvvəl MSK 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi. (trend)