Kiyev şəhər soveti Çempionlar Liqasının finalını keçirmək üçün pul ayırmaqdan imtina edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şəhər sovetinin deputatlarına "Paytaxtın gənclər və idman proqramına dəyişiklik etmək üçün layihə təqdim olunub. Layihəyə görə, şəhər soveti Çempionlar Liqasının finalının keçirilməsi üçün 25 milyon qriven (750 min avro) ayrılmasına icazə verməliydi.

Ancaq deputatlar bu məbləği ayırmaqdan imtina ediblər. 51 deputat layihənin lehinə, 61-i isə əleyhinə səs verib. 29 deputat isə bitərəf qalıb.

2017/2018 mövsümünün Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə keçiriləcək.