SON XƏBƏRLƏR
23 Aprel 2018
22 Aprel 2018
Ər-arvad hər şeylərini satıb dünya səyahətinə çıxdı - Azərbaycana da gələcəklər
CƏMİYYƏT 18:08 / 24.02.2018
4 ay əvvəl İngiltərədən dünya səyahətinə çıxan səyyah cütlük Türkiyənin Bursa şəhərinin İznik qəsəbəsində gecələyiblər. Onlar ev və avtomobillərini satıb motosikletlə 10 il davam edəcək dünya turuna çıxdıqlarını söyləyirlər.

Unikal.org  Virtualaz.org-a istinadən xəbər verir ki, 30 yaşlı Andy Davidson və 29 yaşlı Alisa Pattern Fransa, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Serbiya, Bolqarıstan və Yunanıstanı keçərək Türkiyəyə çatıblar. Çərşənbə axşamı İznikə gələn səyyahlar yenidən qaldıqları yerdən tura davam edəcəklər. Davidson və Pattern bu müddət ərzində 5 min kilometr yol qət etdiklərini bildirirlər.

İngiltərədə jurnallardan birində yazar olan Davidson və maliyyəçi Pattern iki il əvvəl özlərinə bu səfərə necə başlaya biləcəkləri sualını verdikdən sonra hər şeylərini satıb belə bir macəraya atıldıqlarını söyləyiblər.

İngilis cütlük Gürcüstan, Ermənistan, Azərbaycan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Monqolustan, Yaponiya, Hindistan, Asiya, Cənubi Amerika, Cənubi Afrikanı gəzib təkrar İznikə qayıtmaq niyyətindədirlər.