SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırıldı
İQTİSADİYYAT 18:17 / 24.02.2018
Azərbaycan Prezidenti İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilən təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.

Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentinə təqdim etməlidir. Nazirlər Kabineti öz normativ hüquqi aktlarını bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Bundan başqa, hökumət mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.