Goranboy rayonunun Tatar kəndində zəhərlənmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü kənd sakini G.Bayramova xəstəliyini yaşlı qadınların məsləhəti ilə türkəçarə yolu ilə müalicə etmək üçün yod içib və nəticədə zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.