Somalinin paytaxtı Moqadişo şəhərində törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb, 20 nəfər yaralanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  mina quraşdırılmış iki avtomobil insanların sıx olduğu ərazidə partladılıb. Məlumata görə, avtomobillərdən biri prezident sarayı yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlardan sonra hadisə yerində atəş səsləri eşidilib.

"Əş Şəbab qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.