Ağdamda 18 yaşlı qız qazdan zəhərlənib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. Kənd sakini Qasımzadə Nərmin Ərşad qızı vanna otağında olarkən qazdan zəhərlənib. N.Qasımzadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.