SON XƏBƏRLƏR
17 Avqust 2018
16 Avqust 2018
Liftdə köməksiz qalmış 3 nəfər xilas edildi
HADİSƏ 21:23 / 24.02.2018
Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.