Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, olay şəhərin  45-ci məhəlləsindəki  14 mərtəbəli binada qeydə alınıb.

Hələlik şəxsiyyəti müəyyən edilməyən 40-45 yaşlı kişi özünü hündürmərtəbəli binadan aşağıya atıb. Özünü öldürən şəxs binanın aşağısında fəaliyyət göstərən "Real" klinikasının üzərinə düşüb.

Canına qəsd edənin şəxsiyyətinin müəyyən ediləməsi və intiharın səbəbləri araşdırılırr