SON XƏBƏRLƏR
20 Avqust 2018
Lənkəran sakini tərsinə işləyən saat hazırladı - VİDEO
VİDEO 22:45 / 24.02.2018
Lənkəran sakini əksinə işləyən saat ixtira edib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Lənkəran sakini Şahin Baxşıyevin düzəltdiyi bu saatın əqrəbləri əksinə işləyir. O, deyir ki saatın mexanizmində bəzi çarxları dəyişib. Bununla da saatın əks istiqamətə işləməsinə nail olub.

Şahin Baxşıyev (saatsaz): "Gördüm ki, nəsə yenilik etmək lazmdır. Düşündüm ki, bir saat yığım əksinə işləsin. Təmir etdim, alındı”.

O, hazırda yeni qol saatı düzəltməklə məşğuldur. Həmin saat da əksinə işləyəcək. Gələcəkdə bu cür saatların sayını çoxaltmaq istəyir.

Şahin Baxşıyev 32 ildir ki, saat təmiri ilə məşğul olur.