Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatna istinadən xəbər verir ki, 24 yaşlı F.K adlı şəxs haqqında keçən il Facebook-da tanış olduğu 17 yaşlı tələbə qız B.D.-nı zorladığı iddiası ilə cinayət işi açılıb.

17 yaşı olan B.D, F.K.-nin yemək yemə bəhanəsiylə onu evinə aparıb, zorladığını bildirib. Sonra evlənmək vədi ilə yenidən bir araya gəldiklərini deyən B.D., ancaq 10 ay sonra F.K-nın ondan ayrıldığını söyləyib.


"Məni restorana yeməyə dəvət etdi. Ordan isə onun evinə getdik. F.K. evdə paltarlarını soyunub, mənimlə olmaq istədi. Lakin mən onun təklifini rədd etdim. Buna baxmayaraq məni zorladı. 2 ay sonra F.K. ilə yenidən görüşməli olduq. "Səninlə evlənəcəyəm. Mənə güvənə bilərsən. Səni tərk etməyəcəm" deyincə ikinci dəfə onunla olmağa razılıq verdim. Sonra məni tez-tez döyərək, birlikdə olmağa məcbur edirdi".