"Muğam Dünyası" klubu "26 il Xocalı bugünkü gəncliyin gözü ilə" adlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbir "Xocalıya Ədalət" kompaniyası çərcivəsində, "Həqiqət" tarixi araşdırmalar İctimai birliyi, ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşünaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət etdilər .

Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək Xocalı faciəsindən söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Sonra Həqiqət tarixi araşdırmalar ictimai birliyin icracı direktoru Rumanə Əmirəliyevaçıxş edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu dahi rəhbər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Natiqlər eyni zamanda, bəyan etmişlər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-preziden Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyasının tərkib hissəsidir.