19 Oktyabr 2018
20 Oktyabr 2018
Güləşçimiz erməni dünya çempionuna qalib gəldi - FOTO
İDMAN 00:58 / 25.02.2018
Kiyevdə keçirilən beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində azərbaycanlı yunan-Roma güləşi ustası İslam Abbasov Ermənitandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.

Unikal.org xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.

Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.