Məşhur hind aktrisası Sridevi 54 yaşında vəfat edi.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünə ürəyinin dayanması səbəb olub.

Hind kinosunun ulduzu Dubayda vəfat edib. Aktrisa Birləşmiş Ərəb Əmirliklərinə həyat yoldaşı, prodüser Boni Kapur və kiçik qızı ilə bir yerdə toyda iştirak etmək üçün gedibmiş.

Hindistan prezidenti Ram Natx Kovind aktrisanın ölümü ilə bağlı başsağlığı verib.

Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır. O, karyerası ərzində 265 filmdə çəkilib. Azərbaycanın yaşlı tamaşaçıları onu "Kədərli hekayə", "Hədiyyə", "Çandni", "Sevgi anı" və digər filmlərdən tanıyır.