Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.

Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.