24 Oktyabr 2018
23 Oktyabr 2018
Toyuna görə evinə göndərilən hədiyə partladı - Bəy və anası öldü (VİDEO)
HADİSƏ 16:20 / 25.02.2018
Hindistanda toy mərasimindən sonra bəyin evində partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Odişa əyalətində keçirilən toydan bir neçə gün sonra Soumya Sekhar və Rema Sahu cütlüyünün yaşadığı evə qutuda hədiyyə göndərilib. 18 fevralda toyu olan təzə bəy Rema Sahu və 85 yaşlı nənəsi Jemamani Sahu qutu açılarkən baş verən partlayış nəticəsində ölüb. Təzə gəlin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis ilkin araşdırma zamanı partlayıcı yerləşdirilmiş qutunun üzərində göndərildiyi ünvanın olmadığını və onu gətirən şəxsin qaçdığını bildirib.

Araşdırmalar aparılır.