18 Noyabr 2018
17 Noyabr 2018
Yeniyetmə qızları fermaya aparıb dəfələrlə zorladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO + FOTO
VİDEO 18:03 / 25.02.2018

İstanbul polisi yataqxanalardan birində yaşayan 14-17 yaşlı qızların naməlum şəraitdə yoxa çıxmasını araşdırarkən dəhşətli cinayətin üstü açılıb.

Unikal.org "Habertürk”ə istinadən xəbər verir ki, son günlərdə yataqxanadan qaçan bəzi qızların şəhərin Kayışdağı adlanan hissəsindəki qaz fermasında qaldığı məlum olub.

Bəlli olub ki, ferma 24 saat ərzində itlərin mühafizəsi altında olub və qızları bura gətirən Abuzər Sayan adlı şəxs onları dəfələrlə zorlayaraq lentə alıb. Qızları şantaj edən həmin şəxs onları bir-biri ilə seksual xarakterli hərəkətlər etmələrinə də məcbur edib.

Polis əməkdaşları şübhəli ərazini müəyyən edəndən sonra itləri xüsusi üsulla yuxuya verərək fermaya daxil olub. Buradan qızların cinsi istismara məruz qaldığını göstərən disklər aşkarlanıb. Məlum olub ki, seksual manyak onları silahla təhdid edib və görüntüləri ailələrinə verməklə qorxudub. Abuzər Sayanın 7-8 qızı eyni üsulla şantaj edərək zorladığı bildirilir. Polis həmin fermada işləyən əfqan əsilli şəxsi yaxalasa da, Abuzəri tutmaq mümkün olmayıb. Daha sonra onun Ataşehirdəki evinə basqın edən polis burada girov saxlanılan 17 yaşlı qızı xilas edib. Uzağa qaça bilməyən A.Sayan da tutularaq istintaqa təhvil verilib. Evdən xeyli disk, həmçinin silah və 180 güllə götürülüb.

Qeyd edək ki, seksual manyak yeniyetmə qızları aldadaraq gəzinti adı ilə fermaya gətirirmiş. Zorakılıqla üzləşən qızlar daha sonra qorxduqları üçün başlarına gələnlə bağlı heç kimə danışmayıb. Yataqxana rəhbərliyinin bəzi qızların tez-tez yoxa çıxması ilə bağlı müraciətindən sonra isə məlum cinayətin üstü açılıb.(lent.az)