MuzTV Azərbaycan kanalına yeni direktor təyinatı olub.

Unikal.org-un məlumatına görə, direktor vəzifəsinə Elnur Kələntərli təyin olunub.

Təyinatı Unikal.org-a MuzTV Azərbaycan kanalından təsdiqləyiblər.

Qeyd edək ki, E. Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib.