Aktyor, Əməkdar artist Rafiq Hüseynov ağır xəstəlikdən əziyyət çəkir.

Unikal.org xəbər verir ki, bir qrup aktyor həmkarı əməkdar artisti ziyarətə gedib.

Videodan da aydın görünür ki, aktyor tanınmaz hala düşüb, üstəlik çətinliklə danışır.

Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.