Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, həll olunmayan qidalı liflərin qəbulu piylənmə, metabolik sindrom, bağırsaq xərçənginin qarşısını alır.

Qidalı liflər bağırsaqlarda faydalı mikrobların çoxalması üçün şərait yaradır ki, bu da həm həzm prosesləri, həm də immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Unikal.org bildirir ki, araşdırmanın nəticələri Cell Host & Microbe jurnalında dərc olunub.

Metabolik sindrom çox yayılmış pozulmadır ki, bu zaman insanda piylənmə (xüsusilə qarın nahiyəsində piylərin yığılması), arterial təzyiqin artması, qanda şəkərin və xolesterolun yüksəlməsi kimi ciddi simptomlar əmələ gəlir. Bütün bunlar şəkərli diabet, infarkt və insultun riskini kəskin artırır.

Alimlər piylənmə və metabolik sindromunun inkişafını bağırsaq mikroflorasının pozulması ilə əlaqələndirir. Müasir insanlar daha çox emal olunmuş məhsulları istehlak edir ki, bu məhsulların tərkibində qidalı liflər az olur. Rasionda qidalı liflərlərin çatışmazlığı bağırsaqlarda faydalı mikrobların azalmasına, xroniki iltihaba, qəbizliyə, qanda şəkər və xolesterolun artmasına gətirib çıxardır.

Alimlər qidalı liflərlə zəngin olan məhsulları qidalanmaya daha tez-tez daxil etməyi tövsiyə edir. Bu məhsullar arasında:

- buğda kəpəyi

- ərik qurusu

- alma qurusu

- kişmiş

- arpa unundan çörək

- tam dənli çörək

- yulaf yarmasında sıyıq

- bişmiş noxud

- qoz-fındıq

- kivi

- çuğundur

- lobya

- qarabaşaq

Bütün bu məhsullar tərkibində olan qidalı liflər sayəsində həmçinin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik kimi yayılmış problemini həll etməyə kömək edir.