Ankara Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün Türkiyəy ekstradisiya edilməsinə nail olmağa çalışır.

Unikal.org-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq bildirib.

Onun sözlərinə görə, Türkiyə DİN, XİN və Ədliyə Nazirliyinin hazırda bu istiqamətdə çalışdığını qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib.

Qeyd edək ki, PYD-nin sabiq rəhbəri fevralın 24-də Türkiyənin sorğusu əsasında İnterpol xətti ilə Praqada saxlanılıb.

Bundan əvvəl Türkiyə hökuməti S.Müslümün saxlanılması üçün 4 mln. lirə mükafat vəd etmişdi.