Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 35, mənzil 20 ünvanında qeydə alınıb. Həmin mənzilə dəmir barmaqlıqları qıraraq daxil olan şəxs və ya şəxslər evdən 12 min manatlıq qızıl aparıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.