SON XƏBƏRLƏR
26 Aprel 2018
25 Aprel 2018
"Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir"
CƏMİYYƏT 10:15 / 26.02.2018
"Ağ Yol” Vətəndaş Hərəkatı Xocalı soyqırımı qurbanlarının əbədi xatirəsini yad edib. Facebookda yüz minlərlə sosial şəbəkə istifadəçisinin üzvü olduğu "Ağ Yol” səhifəsi və eyni adlı qrupunda bu dəfə: "Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir.” başlıqlı post paylaşım ictimai-siyasi həyatda müxtəlif mövqeye sahib insanları bir yere toplayıb. Azərbaycan xalqının ortaq ağrısı- Xocalı faciəsi ilə bağlı bu paylaşım geniş müzakirələrin, çox saylı rəylərin nidaları ilə sonlanıb.

"Ağ Yol” səhifəsi və qrupunun soyqırımla bağlı statusunda dövlətimizin Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında və beynəlxalq təşkilatların bu insanlığa sığmayan terror aktına obyektiv qiymətin verilməsi istiqamətində davamlı addımlar atığı bildirilib. Qeyd olunub ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın öz doğma yurdlarına qayıdacağına əminlik yaradır.

Xocalı faciəsi-26 il... başlıqlı digər statusun da isə soyqırımın dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirmiş olduğu mühüm işlər diqqətə çatırılıb. Qeyd olunub ki, Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı harayına bir çox ölkələrdə səs verilmişdir. Post paylaşımda dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatların bu faciəni tanıması ilə yanaşı, onun insanlıq əleyhinə yönəlmiş qəddar mahiyyətinin dərk edilməsinə nail olunduğu vurğulanıb.

"Ağ Yol” səhifə və qrupunun paylaşdığı media statusları yüzlərlə insanın bəyənməsi ilə bərabər onları vahid bir mövqe və idealogiya ətrafında birləşməyə sövq edib. Bir çox insan, xüsusən gənc nəsil Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində aparılan işlərin əhəmiyyətindən danışıblar.

Şərhlərdə o da vurğulanıb ki, XX əsrdə bəşəriyyətin qəddar cinayəti hesab olunan Xocalı faciəsindən 26 il ötməsinə baxmayaraq hələ də bu vəhşiliyi törədənlər beynəlxalq səviyədə öz cəzalarını almayıblar. Lakin dövlətimizin fəaliyyəti nəticəsində beynəlxalq arenada Xocalı faciəsinə, Azərbaycan xalqına qarşı atılan bu terrorçu addıma tezliklə ədalətli siyasi qiymətin veriləcəyinə əminlik ifadə olunub. Müzakirələrdə bildirilib ki, bu cür genişmiqyaslı kampaniyalar bizlərdə faciəni törədənlərin tezliklə məsuliyyətə cəlb olunacağına, regionda sülhün və ədalətin bərpa olunacağına böyük ümidlər yaradır.