SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
Sürücü sükan arxasında ürəktutmasından ÖLDÜ
HADİSƏ 10:49 / 26.02.2018
Cəlilabad rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü Hakim Böyükağa oğlu Mustafayev 99 KG 148 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında yanacaqdoldurma məntəqəsinin həyətində dayanıb. Sürücünün hərəkətsiz olduğunu görən ətrafdakılar aidiyyatı üzrə məlumat veriblər. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan H. Mustafayevin sükan arxasında öldüyü məlum olub. İlkin məlumata görə, mərhum ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.