Bu ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanın Xocalı rayonundan olan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Xocalı rayonundan olan məcburi köçkünlərin sayı hazıra 28307 nəfər təşkil edir. Bunlardan 13807 kişi, 14500 nəfəri qadındır. Əhalinin 9358 şəhərdə, 18949 kənddə yaşayır.

Son bir ildə Xocalı rayonunda 251 nəfər uşaq dünyaya gəlib. Onlardan 135 oğlan, 116 nəfəri qız uşaqlarıdır.

Bununla belə 2017-ci il ərzində 58 nəfər rayon sakini dünyasın dəyişib. Bunların da 23 kişi, 35 nəfəri qadındır.

Xatırladaq ki, bu gün Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 26 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.