Rusiyada prezident seçkisi qabağı televiziya debatı zamanı namizədliyi "Vətəndaş təşəbbüsü Partiyasından irəli sürülən Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından dövlət başçılığına iddiaçı Vladimir Jirinovskinin üzərinə su atıb.

Unikal.org "Komsomolskaya pravda-ya istinadən xəbər verir ki, Jirinovski Kseniya Sobçakı təhqir edib.

Sobçak deyib ki, "Ev-2 özünü Jirinovskidən abırlı aparır.

"Küçədən bazar qadınını bura gətirmək lazım deyil. Bütün bunlar çırkabdır. "Ev-2 tamamilə iyrəncdir. Ona deyin ağzını yumsun, - Jirinovski Sobçakı küçə söyüşləri ilə təhqir edib.