Keçmiş model Dəniz Akkaya İnstaqram səhifəsində etdiyi paylaşımdan sonra çox əsəbiləşib.

Unikal.org Türkiyə mətbuatına istiandən xəbər verir ki, məclislərdən birinə getməmişdən əvvəl makiyajlı fotosunu səhifəsində yerləşdirən modelin şəklinin altına izləyicilərindən biri "Sizi biz yaratmışıq" şərhi yazıb.

İzləyicinin bu şərhi Dənizi özündən çıxarıb və o, bir neçə videolarını hesabında paylaşaraq yazıb:

"Belələrini cavabsız qoymaram.Dostum, mən 20 ildir it kimi işləyirəm, məni heç kim yaratmayıb. Mən modellikdən gəlmişəm".