Müğənni Zenfira İbrahimovanın maşınla qəza keçirdiyi videosu yayılıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, videoda sənətçinin yol gedərkən bir nəfəri vurduğu əks olunub.

Görüntünü Zenfiranın prodüseri Aynur Bağırova "Şükür ki, salamatçılıqdır. Allah bizi qorudu şərhi ilə İnstaqram səhifəsində yerləşdirib. Ondan sonra sosial şəbəkələrdə Zenfiranın maşınla adam vurması xəbərləri yayılıb.

Daha sonra isə məlum olub ki, video yalandan çəkilib. Zenfira heç bir qəza keçirməyib. Verilişlərdən birinin çəkilişi üçün belə bir ssenari hazırlanıbmış.