Tanınmış türkiyəli aktyor Ercan Yazgan iflic olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi özəl xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

Həkimlər onun səhhətinin yaxşılaşdığını bildirib.

Qeyd edək ki, E.Yazgan 1946-cı ildə Türkiyədə doğulub. O, "Perihan Abla" serialındakı sürücü İsmet xarakteri ilə tanınıb. 1989-2002-ci illərdə davamlı olaraq "Bizimkilər" serialında qapıçı Cəfəri canlandırıb. Aktyor bir çox serial və filmlərdə rol alıb.