Xəbər vermişdik ki, Əli Mirəliyev "Səhər-Səhər" verilişində danışarkən İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həyat yoldaşından ayrıldığını bildirib.

Əli Mirəliyev ayrılığa səbəb kimi ölümündən sonra İlhamə Quliyevanın mirasından Orxana pay çatmamasını göstərib.

İlhamə Quliyevanın oğlu Orxan Nadirov boşanmasıyla bağlı xəbərə aydınlıq gətirib. Unikal.org xəbər verir ki, o Ölkə.az-a açıqlamasında boşanmasıyla bağlı xəbərləri təkzib edib:

"Ailəm, uşağım yanımadır. Bu barədə deyilənlər həqiqəti əks etdirmir. Digər məsələlərlə bağlı isə yaxın günlərdə ətraflı açıqlama verəcəyəm".

Qeyd edək ki, Orxanın Arifə adlı xanımdan 4 yaşında Ruslan adlı oğlan övladı var.