Əməkdar artist Cavanşir Məmmədov "Səhər-səhər verilişinin qonağı olub.

Unikal.org-un məlumatına görə, müğənninin barmağındakı qırmızı qaşlı böyük üzük diqqət çəkib.

Məmmədov bildirib ki, aparıcılıq etdiyi bir məclisdə ev sahibi ona bu üzüyü hədiyyə edib:

"Qızıldır, qaşı da brilyantdır. Getdim toyu apardım, qiymət də deməmişdim. Axırda gətirib zəhməthaqqımı verdilər. Sonra nəvəsi mənə zəng vurdu ki, sizi görmək istəyirəm. Gəldi, bağlı bir qutu verdi ki, nənəm göndərib. Açdım ki, bu üzük. Zərgərə apardım, dedi, təkrarolunmaz bir işdir.