Səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən güclü yanğının görüntüləri yayılıb.

Unikal.org apa.tv-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 26 nəfər ölüb.

Yanğın zamanı 30-dan çox pasiyent təxliyyə olunub.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, respublikanın daxili işlər naziri Ramil Usubov, baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.