Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Unikal.org Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.