Xətai rayonunda cinayətkarı saxlamaq üçün keçirilən əməliyyat tədbirləri zamanı 2 polis əməkdaşı yaralanıb.

Unikal.org xəbər verir ki, "Ölkə.Aza verilən məlumata görə, Xətai RPİ-nin əməkdaşları 1989-cu il təvəllüdlü Həzili Pərviz Rövşən oğlunun idarə etdiyi "Mercedes markalı avtomobili saxlatdırmaq istəyən zaman sonuncu avtomobili polis əməkdaşlarının idarə etdiyi "Lada və "Nissan markalı avtomobilə vurub. Sonra isə üzərində gəzdiridiyi cib bıçağı ilə 2 polis əməkdaşının əl nahiyyəsinə xəsarət yetirib. 

Ancaq polislərin çevikliyi nəticəsində P.Həzili zərərsizləşdirilib. 

Onun avtomobilinə baxış keçirən zaman isə oradan 1 ədəd tapança, 3 ədəd soyuq silah hesab edilən bıçaq və narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı Xətai RPİ-də cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və P.Həzili şübhəli şəxs qismində həbs edilib.