Hər həftənin şənbə günləri saat 9-dan etibarən ATV ekranlarında aparıcı Zaur və Günay Baxşəliyevanın olduğu "Zaurla Günaydın" bu gün efirə getməyib.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, cütlüyün proqramının əvəzinə sözügedən zamanda hind filmi yayımlanıb.

Bunun səbəbinin dünən martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın nəticəsində 25 insanın öldüyü hadisə olduğu iddia edilir.

Qeyd edək ki, MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov dünən "Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır" açıqlamasını verib.

Onu da əlavə edək ki, telekanalın rəsmi saytında günün proqramında "Zaurla Günaydın"ın yayımlanacağı göstərilib.