Bakı sakinlərindən odlu silah götürülüb.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş "Makarov markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkarlanıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan da "Makarov markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.