Azərbaycanın əməkdar artisti, populyar müğənni Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb. Unikal.org xəəbər verir ki, nun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkərək Avtosfer.az saytına göndərib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. "Yol hərəkəti haqqında qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.