"Evimdən çıxanda da, işə çatanda da həyat yoldaşıma yazıram çatdım. 6 ildir bu belə davam edir. İşdən çıxanda deyirəm getdim, filankəslə görüşəcəm".

Unikal.org axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib.

Aparıcı bildirib ki, getdiyi hər yeri həyat yoldaşına xəbər verir:

"Bu, bir hesabat deyil, günlük qrafikimdir. Adam həyat yoldaşına etibar etməlidir. "Kişi arvada hesabat verər?" deməyin. Bunu mentalitetə, məişət qalığı olan ənənəyə bağlamayın, dırnaqarası qəribə ənənələrimiz bilməyin. Heç kim bilmir başına nə gələcək. Hətta görüş alınmayanda, yazıram ki, gəlirəm. Qoy, hər şeyi bilsin. Bu, bir təhlükəsizlikdir".

Qeyd edək ki, Zaur aparıcı Günay Baxşəliyeva ilə ailəlidir. Cütlüyün bir qız övladı var.